Xəbər verdiyimiz kimi, türkiyəli sosial media fenomeni Burak Can Taşan motosikletlə düşdüyü qəzada həyatını itirib.
Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə 83 min izləyicisi olan Burak Can Taşan paylaşdığı motosiklet videoları ilə tanınırdı.
Qeyd edək ki, onun sevgilisinə yeni evlilik təklif etdiyi, yaxında toylarının olacağı bildirilib.
Yaren Kara qəzada həyatını itirən sevgilisi ilə bağlıl paylaşım edib. Yaren Karanın sosial şəbəkədəki paylaşımı ürək ağrıdıb. Paylaşdığı videoda Kara Taşanın ölməzdən əvvəl ona hədiyyə etdiyi gül buketini göstərərək göz yaşı töküb.
Medianews.az