Türkiyənin Ankara şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, 52 yaşlı kişi mübahisə etdiyi iki yeznəsini güllələyərək öldürüb.
Qeyd edək ki, güllələnərək öldürülən 43 yaşlı Nuh Bozbuğa və 38 yaşlı Əli Bozbuğa qardaş olublar.
İki qardaş hadisə yerində həyatını itirərkən, qatil polis bölməsinə gedərək təslim olub.
Qətlin törədildiyi yerə gələn iki qardaşın yaxınları dəhşətə gəliblər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az