Türkiyənin Adana şəhərində biznes mərkəzinə silahlı basqın olub.
Medianews.az xəbər verir ki , biznes mərkəzinə basqın edən şəxslər tapançadan atəş açıb.
Narkotik aludəçisi və alverçisi olduğu öyrənilən şəxsiyyəti məlum olmayan şəxs silahlı hücuma məruz qalıb və yaralanıb.
Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan şəxsin vəziyyətinin ağır olduğu öyrənilib.
Basqın anı təhlükəsizlik kamerasına əks olunub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Medianews.az