İngiltərədə üç Bolqarıstan vətəndaşı Rusiya adına casusluq etdiyi üçün həbs edilib.
Medianews.az xəbər verir ki, BBC-də yer alan xəbərə görə, casusların Rusiya təhlükəsizlik orqanlarına işlədiyi məlum olub.
Üç şübhəlidən Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya vətəndaşları olduğunu göstərən saxta şəxsiyyət vəsiqələri və sənədlər aşkar edilib.
Məlumata görə, London Polisi casusluqda şübhəli bilinərək saxlanılan 3 nəfərin uzun müddətdir İngiltərədə yaşadığı bildirilib.
Medianews.az