Çərşənbə axşamı, 25 İyun 2024

“Nikosayağı”nın törətdiyi qəza ilə bağlı YENİ MƏLUMATLAR – Dostu AÇIQLADI – CANLI

Bakıda ağır yol qəzasında xəsarət alan və qolu amputasiya olunan tanınmış bloger Nicat Şakirlinin dostu Tərlan Rzazadə hadisə ilə bağlı danışıb.

“Nikosayağı”nın dostu Baku TV-yə bildirib ki, qəzada nə onun qardaşı, nə də Zaur İsgəndərov xəsarət almayıb.

“Biz gərək düzgün məlumatlar verək. Niko qardaşımızın sağ qolunu kəsiblər. Onu birləşdirmək mümkün olmayıb. Allah şəfa versin.

Nicatın içkili olduğunu deyirlər, bu düzgün deyil. Ümumiyyətlə avtomobildə iki nəfər olublar. Kaş ki, belə bir hadisə olmamaydı. Nicatın yanında rəhmətə gedən yaxın dostu idi. Onların ataları da dost idi. Nicatın yanına girənlərə tapşırılıb ki, onun dostunun ölüm xbərini deməsinlər”.

DAHA ÇOX OXU

Xəbər lenti