Həsən Ruhani mühakimə olunacaq.
Medianews.az xəbər verir ki, İranın keçmiş prezidenti Həsən Ruhaninin səlahiyyət müddətində “birja və valyuta bazarındakı artımlara həssas olmamaq” və “səmərəli mübarizə aparmamaq” ittihamları ilə din xadimləri üçün xüsusi məhkəmədə mühakimə olunacağı açıqlanıb.
Keçmiş prezident Həsən Ruhani fəaliyyəti dövründə birja və valyuta məsələləri ilə adekvat şəkildə məşğul ola bilməməkdə və qanun pozuntularında ittiham olunur.
Ruhani 2013-2021-ci illərdə iki dəfə İran prezidenti olub. Ruhani prezidentliyinin ikinci dövründə (2017-2021) İran rialının ABŞ dollarına nisbətdə ucuzlaşması ilə əlaqədar valyuta bazarına etdiyi müdaxilələrə görə tənqid hədəfi olub.
Medianews.az