Bu gün Moskva birjasında ticarət zamanı ABŞ dollarının məzənnəsi 100 rublu ötüb.
Sfera.az xəbər verir ki, 23 mart 2022-ci il tarixindən bəri ilk dəfə olaraq belə yüksək dollar/rubl məzənnəsi qeydə alınıb.
Eyni zamanda, birjada avro 109,5 rubldan, Çin yuanı isə 13,7 rubldan yuxarı ticarət olunur. İyunun sonundan etibarən rubl əsas xarici valyutalar qarşısında zəifləyir. Avqustun 2-də keçirilən ticarət zamanı 2022-ci ilin mart ayının sonundan bəri ilk dəfə olaraq dollar 94 rubl, avqustun 4-də 96 rubl, avqustun 7-də 97 rubl, avqustun 9-da 98 rubl həddini keçib. Avqustun 11-də Amerika valyutası 99 rubl həddini ötüb.
Rusiya Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən rublun real effektiv məzənnəsi (Rusiyanın əsas ticarət tərəfdaşlarının inflyasiyaya uyğunlaşdırılmış valyuta səbətinə nəzərən) 26,4% ucuzlaşıb. Bu ilin 7 ayı ərzində rubl dollara nisbətən 27,5%, avroya qarşı isə 29,9% ucuzlaşıb.
Avqustun 11-də Mərkəzi Bankın sədr müavini Aleksey Zabotkin rublun məzənnəsinin zəifləməsi ilə əlaqədar verdiyi açıqlamada Rusiyanın maliyyə sabitliyi üçün riskləri istisna edib. Onun sözlərinə görə, rublun məzənnəsinin dinamikasına təsir edən həlledici amil mal və xidmətlərin ixracı və idxalı ilə bağlı vəziyyətdir. O, xüsusilə, idxalın dəyəri artarkən ixracın dəyərinin azalmasına diqqəti çəkib. Zabotkin onu da xatırladıb ki, milli valyutanın zəifləməsi rubl ifadəsində daxili tələbin artması, hətta dollarla ifadədə ixrac və idxalın dəyişməməsi halında baş verə bilər.
Maliyyə naziri Anton Siluanov isə deyib ki, rublun zəifləməsi ticarət balansı ilə bağlıdır.