“Xaricə heç vaxt getməmişəm və buna imkanım yoxdur”.
Medianews.az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov həkimlərin müalicə üçün xaricə üz tutması məsələsindən danışarkən qeyd edib.
Onun sözlərinə görə, ümumiyyətlə xaricdə olmayıb:
“Maaşla dolanan adamam və məvacibim yalnız dolanmağa yetir. Xaricə getməyə imkanım yoxdur. Toylara belə çox vaxt borc götürüb gedirəm”, – deyə R.Mahmudov gileylənib.
Qeyd edək ki, son vaxtlar həkimlərimiz nəinki vakansiya üçün, hətta öz səhhətlərində yaranmış narahatlıqlar üçün də xaricə axın edirlər.