Şənbə, 23 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qayınata gəlinini güllələyib öldürdü -Qətlin təfərrüatı – FOTO

TURAN
14/08/2023 15:00
210
BAXIŞ
FacebookTwitterTelegram

Gəlinini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini Amaxan Nəcərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

“Ölkə.Az” xəbər verir ki, qətl hadisəsi Qusar rayonu, Avaran kəndində qeydə alınıb. Amaxan Nəcərov  saat 00:20 radələrində yaşadığı Qusar rayonunun Avaran kəndindəki evə gəlib. O, evin ikinci mərtəbəsindəki otaqda uzanıb.

Bu zaman əvvəllər mütəmadi olaraq onunla mübahisə etmiş gəlini, 1977-ci il təvəllüdlü Sevinc Məmmədovadan gün ərzində harada olmasını soruşub. Sevinc əsəbi halda cavab verərək onu nalayiq söyüşlərlə söyüb.

Amaxan Nəcərov gəlinindən evdən atası evinə getməyi və bir daha geri qayıtmamağı tələb edib. Gəlin-qaynata arasında başlamış mübahisənin gedişatında evin birinci mərtəbəsində olan təqsirləndirilən şəxs Amaxan Nəcərovun nəvəsi və zərərçəkmiş şəxs Sevinc Məmmədovanın qızı, 12 yaşlı Məryəm Nəcərova və Amaxan Nəcərovun oğlu, mərhumun həyat yoldaşı Sevinc Məmmədovanın əri Valeh Nəcərov mübahisə olan həmin otağa gəlib.

Valeh Nəcərov həyat yoldaşını sakitləşdirməyə çalışsa da, Sevinc Məmmədova onun sözlərinə əhəmiyyət verməyib. Sevinc ərinə işarə etməklə Amaxan Nəcərova divanın altında qanunsuz tüfəng saxladığını deyib. O, bu haqda polisə şikayət edəcəyini bildirib. Sevinc Məmmədova daha sonra evdən getməsi üçün əşyalarını toplamağa başlayıb.

Bundan sonra Amaxan Nəcərov gəlini Sevinc Məmmədovanın davranışından qəzəblənərək qisas alaraq onu öldürmək qərarına gəlib. O, bu məqsədlə öz otağında, divanın altında saxladığı ov tüfəngini götürüb və tüfəngin yanında olan patrondaşdan iki ədəd atəş üçün yararlı olan dolu patronları çıxararaq tüfəngin lüləsinə yerləşdirməklə atəşə hazır vəziyyətə gətirib. O, daha sonra tüfəngi həmin otaqda olan stulların arasında gizlədib.

Sevinc Məmmədova yenidən Amaxanın olduğu otağa qayıdıb və şkafda olan məişət əşyalarını toplayıb. Bu zaman Amaxan Nəcərov stulların arasında gizlətdiyi tüfəngi götürərək oğlu Valeh Nəcərovun və nəvəsi, azyaşlı Məryəm Nəcərovanın gözləri qarşısında gəlininə tərəf atəş açıb.

Həmin vaxt Sevinc Məmmədova birinci dəfə açılan atəşdən döş qəfəsindən xəsarət alıb. Bu zaman Valeh Nəcərov onun əlindəki tüfəngi almaq istəyib. Buna baxmayaraq, o, ikinci dəfə atəş açıb.

Lakin Amaxan Nəcərovun açdığı ikinci atəş hadisə yerində evin divarına dəyib. Yalnız bundan sonra Valeh Nəcərov atasının əlindən cinayətin aləti olan tüfəngi alıb və atası ilə birlikdə hadisə baş verdiyi otaqdan çıxıb. Valeh Nəcərov atasından aldığı tüfəngi sındırıb və həyətə atıb.
Daha sonra Valeh evin birinci mərtəbəsinə düşərək kömək çağırmağa gedib. Bu vaxt Amaxan Nəcərov oğlu Valeh Nəcərovun kömək çağırmağa getdiyini görüb və o, Sevinc Məmmədovanın hələ də ölmədiyini güman edərək, yenidən hadisə olan otağa qayıdıb.

Amaxan Nəcərov otaqda masanın üzərində olan bıçağı götürərək Sevinc Məmmədovanın yanında dayanıb. Amaxan bu zaman orada ağlayan və anasına qarşı başqa hərəkətlər etməmsi üçün babasına yalvaran nəvəsi Məryəm Nəcərovanın gözləri qarşısında əlindəki bıçaqla Sevinc Məmmədovanın boğazını kəsib. Sevinc Məmmədova hadisə yerində ölüb.

Amaxan Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amaxan Nəcərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amaxan Nəcərovun vəkili apellyasiya şikayəti verib.

Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Amaxan Nəcərovun cəzasından 1 il çıxılıb və ona qəti olaraq 17 il cəza təyin olunub.

DAHA ÇOX OXU

Dünya

Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ

23/09/2023 13:20
export

“Parıldayıram…” – Güneldən yeni fotolar

23/09/2023 12:52
export

Hamı onun cəsarətindən danışır – Gözündən yaralanan Ceyhun kimdir?

23/09/2023 12:46
export

Rəsmi qurumdan şəhidimizin son arzusu ilə bağlı AÇIQLAMA – VİDEO

23/09/2023 12:34
export

“Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım” – “Təhminə”

23/09/2023 12:22
Cəmiyyət

Düclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

23/09/2023 11:58

Xəbər lenti

Ordumuz Xocalıya daxil oldu

23/09/2023 14:40

Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi

23/09/2023 14:20

İntihara cəhd edən şəxs belə xilas olundu – ANBAAN VİDEO

23/09/2023 13:59

Hüseyn Emil Rəhmanoğlu ilə “WhatsApp” danışığını yayımladı

23/09/2023 13:42

Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ

23/09/2023 13:20

Baş redaktor həbs edildi

23/09/2023 13:03

“Parıldayıram…” – Güneldən yeni fotolar

23/09/2023 12:52

Hamı onun cəsarətindən danışır – Gözündən yaralanan Ceyhun kimdir?

23/09/2023 12:46

Rəsmi qurumdan şəhidimizin son arzusu ilə bağlı AÇIQLAMA – VİDEO

23/09/2023 12:34

“Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım” – “Təhminə”

23/09/2023 12:22

Düclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

23/09/2023 11:58

U.S. Secretary of State Antony Blinken speaks during a joint news conference following a meeting with Icelandic foreign minister at the Harpa Concert Hall in Reykjavik, Iceland, May 18, 2021. Saul Loeb/Pool via REUTERS

Blinkendən Qarabağla bağlı daha bir AÇIQLAMA

23/09/2023 11:47

Məşhur müğənni ofisiant işləməsindən danışdı

23/09/2023 11:44

Küçədə bikinidə gəzən modelə kitab oxumaq cəzası verildi – VİDEO

23/09/2023 11:10

Ağdərədən çıxan ermənilər yolu minalayıblar – FOTO

23/09/2023 10:58

Məşhur aktrisa çılpaq bədənini bayraqla örtdü – qalmaqal – FOTO

23/09/2023 10:54

Qarabağ ermənilərinə Azərbaycanın yardımı belə çatdırdırıldı – VİDEO

23/09/2023 10:39

Əsəd Əsədov vəfat etdi

23/09/2023 10:32

Arda Güler qayıtdı

23/09/2023 10:27

Azərbaycanda doğulan milyonçu model oğurluğa görə tutuldu – VİDEO

23/09/2023 10:01

Universitet müəllimi qəfil vəfat etdi – FOTO

23/09/2023 09:55

Ermənilər Xocavənddə döyüş postlarının enerjisini bu yolla təmin edib – FOTO

23/09/2023 09:46

Əhaliyə XƏBƏRDARLIQ: Bu mesajlara İNANMAYIN

23/09/2023 09:27

Ermənilərin tərk etdiyi daha bir döyüş mövqeyindən GÖRÜNTÜLƏR

23/09/2023 08:57

Köçəryanın oğlu bu səbəbdən saxlanılıb

23/09/2023 08:45

Azərbaycanda bağban qonşuluqdakı evin 17 yaşlı qızını “qaçırtdı”

23/09/2023 08:43

Netanyahu: “İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır”

23/09/2023 08:28

Snup Doqqdan sonra İrəvanda onun da konserti təxirə düşdü

23/09/2023 08:16

Onkoloq qalxanabənzər vəzi xəstəliyinin ilk əlamətlərini açıqlayıb

23/09/2023 08:11

Medianews.az 11 il SİZİNLƏ

23/09/2023 08:05

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.