PSJ-nin 31 yaşlı braziliyalı hücumçusu Neymar yaxın 48 saat ərzində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Braziliyalı forvardın Səudiyyə Ərəbistanı klubundakı qazancı da bəlli olub. Mənbənin iddiasına görə, 2026-ya qədər müddətə qədər nəzərdə tutulan müqaviləyə görə, ulduz futbolçunun maaşı illik 250 milyon avro olacaq.
Klublar artıq futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
Neymar PSJ-də 6 mövsümdə 178 matça çıxıb, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.