İranda ziyarətgaha silahlı basqın edilib.
Medianews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi Tesnim-də dərc olunan xəbərə görə, Şiraz şəhərindəki Şah Çerağ türbəsinə silahlı hücum olub.
Məlumata görə, terror aktında iki nəfər həyatını itirib , 7 nəfər yaralanıb.
Hücum edənlərin 2 nəfər olduğu və birinin hadisədən sonra tutulduğu, digərinin isə qaçdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az