Cümə axşamı, 28 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bəs deyirdiniz, Qərb sülh istəyir…

Mehin
14/08/2023 10:41
85
BAXIŞ
FacebookTwitterTelegram

Laçın yolundakı “humanitar karvan” şousunda AB səfirlərinin aldığı rol da, Amerika mətbuatında ölkəmizi ardıcıl hədəf alan qərəzli yazılar da kimin üçün təəccüblü olsa da, Prezident Əliyev üçün qətiyyən gözlənilməz deyil

Laçın yolunda “humanitar böhran”la bağlı anti-Azərbaycan prosesinin mərkəzində ABŞ və Avropa Birliyinin olduğunu görən bəzi yerli politoloqlarımız indi susmağa üstünlük verirlər. Halbuki dünənədək onlar ABŞ-ın və AB-nin daha ədalətli vasitəçi olması barədə ağızdolusu danışırdılar, açıq deyirdilər ki, Rusiya sülh istəmir, amma Qərb bunun üçün az qala alışıb-yanır…

Əlbəttə ki, dürlü-dürlü izahları da vardı. Ən gözəgirəni isə bu idi ki, Qərb Paşinyanın hakimiyyətdə qalmasını istəyir, bunun üçün ona hətta təzyiq də edir ki, tezliklə sülh müqaviləsini imzalasın. Sübut da vardı: Paşinyan Praqada Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Başqa izahlar da vardı: Paşinyan gedərsə, ya öldürülərsə, Rusiya hakimiyyətə öz adamını gətirəcək, ona görə Qərb paytaxtları sülh prosesində qollarını çırmayıb. Hətta sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyinə inananlar da vardı.

Bu gün tanınmış siyasətçinin “baş verən geopolitik dəyişikliklər kontekstində” iri yazı-tezis-təkliflərini oxudum, doğrusu, bir az da heyrətləndim. Yazıda ümumi nəticə budur ki, dünyada baş verən geopolitik proseslər fonunda biz qalib olacaq (?) Qərbin yanında yer almalıyıq, hətta bunun üçün demokratik açılım olmalıdır və sairə… Bunlar əlbəttə ki, gəlişigözəl sözlərdir, bəlkə də çox ağıllı tezislərdir, mən “tuta bilmədim”. Zənnimcə, Azərbaycan “qalib Qərbin yanında yer almalıdır” (yer tutmalıdır və ya özünə yer etməlidir və sairə…) gerçəkliklə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qərb hələ Ukraynada özünün qazdığı quyudan çıxsın görək…

Bəli, Prezident Əliyev də dəfələrlə bəyan edib ki, sülh vasitəçiliyində Vaşinqtonun da, Brüsselin də səylərini dəstəkləyir. İlham Əliyevin çıxışlarını diqqətlə izləyənlər onu da bilir ki, Prezidentin heç vaxt bu paytaxtların vasitəçiliyinə xüsusi optimizmi də olmayıb. Yəni indiki vəziyyət – Laçın yolundakı “humanitar karvan” şousunda AB səfirlərinin aldığı rol da, Amerika mətbuatında ölkəmizi ardıcıl hədəf alan aşkar qərəzli yazılar da kimin üçün təəccüblü olsa da, Prezident Əliyev üçün qətiyyən gözlənilməz deyil. İlham Əliyev 20 ildir bu danışıqların birbaşa iştirakçısıdır. Məhz Qərbin Azərbaycanı vaxtilə hansı güzəştlərə razılaşmağa vadar etmək niyyətlərini də zaman-zaman açıqlayıb. Son prosesdə Fransa erməni kartı ilə açıq oynayır, BMT-dəki müzakirə cəhdi də onların planıdır. Əlindəki erməni kartını gizli saxlayanlar da var ki, onlar da bu cür həssas məqamlarda özlərini (üzlərini) gizlədə bilmirlər.

Qərb əlbəttə ki, ikiüzlüdür, bunu birinci dəfə deyil görürük. Fəqət 44 günlük müharibənin dəyişdiyi reallıqlar fonunda Qərbin Azərbaycanla daha fərqli davrandığını görmürük, indi bu prosesin əksi baş verməkdədir.

Rusiyanı söymək, yamanlamaqdan asan heç nə yoxdur. Onlar da erməni kartını özlərinə sərf edən həddə qədər qarışdıracaqlar. Qarabağdakı erməni silahlılarının başını sığallamaqla yaranmış süni “humanitar böhran”lı vəziyyətin məsuliyyəti də məhz onların üzərindədir. Vaxtında erməni silahlılarını Xankəndi və ətrafından çıxarsaydılar, bu vəziyyət yaranmaya da bilərdi. Rusiya əlbəttə ki, “humanitar böhran”dan yararlanmağa çalışır. Bilir ki, sərhəddə dayanan TIR-lar Qərbin oyununun bir hissəsi olsa da, ona da sərf edir. Çünki gərginlik sülhməramlılara Qarabağda hələ ehtiyac olduğu rəyini möhkəmlədir. Yəni indi üzərimizə gələnlər sırasında Rusiya bir az arxa plandadır, Qərbin isə iti-qurdu, mediası, dəllar nəşrləri Azərbaycana təzyiq üzərində fokuslanıblar.

Bunun səbəbinin yalnız Qarabağdakı bir ovuc erməni olduğunu düşünmək sədəlövhlük olardı. Həm Brüssel, həm ABŞ guya bir müddət əvvəl Paşinyana tuşlanmış oxları indi Azərbaycana, Prezident Əliyevə yönləndiriblər. (Paşinyan isə artıq sülh danışıqlarından imtinadan dəm vurur). Azərbaycandan Qarabağ erməniləri üçün güzəşt istəyirlər, bu isə təkcə Laçın yolu deyil. Azərbaycanın bu məsələdə qətiyyətli və güzəştsiz mövqeyi isə yeni neo-imperialist, birqütblü dünya düzəni qurmağı xəyal edənlərin yumşaq desək, xoşuna gəlmir.

Qafqazda Azərbaycan adlı dövlət var ki, özünə bir inkişaf pəncərəsi açıb, kimisə işinə qarışdırmır, kiminsə işinə də qarışmır. İqtisadiyyatını möhkəmlətməyi, xarabazara çevrilmiş torpaqlarına yeni həyat gətirməyi hədəfləyən, ordusunun döyüş qabiliyyətini gücləndirmək istəyən Azərbaycan Qərbin gözünə indi nədənsə ox olub, batır…

Ukrayna müharibəsi uzandıqca, regionumuzda bu cür ziqzaqvari prosesləri izləyəcəyik. İndi əsas məqsəd kiminsə yanında yer almaq deyil, Azərbaycan xalqına, orduya güvənmək, müttəfiq Türkiyə ilə siyasi-hərbi əlaqələrdə daha da irəli getməkdir.

Nazim SABİROĞLU,
Musavat.com

DAHA ÇOX OXU

1-MANŞET

Vardanyana verilən cəza bəlli oldu

28/09/2023 12:31
1-MANŞET

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

28/09/2023 12:08
1-MANŞET

Azərbaycan sərhədçiləri Balasanyanı saxlayıb? – SON DƏQİQƏ AÇIQLAMASI

28/09/2023 11:53
1-MANŞET

Vardanyan Bakıya belə gətirildi – DTX görüntülər yaydı – ANBAAN VİDEO

28/09/2023 11:03
1-MANŞET

Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur… – ŞOK DETALLAR

28/09/2023 10:55
1-MANŞET

SON DƏQİQƏ! Qondarma “Artsax Respublikası” mövcudluğunu dayandırır – FƏRMAN

28/09/2023 10:24

Xəbər lenti

Onun dəyişimi hər kəsi HEYRAN ETDİ – FOTO

28/09/2023 12:51

Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

28/09/2023 12:43

İşçilərin hüquqlarını pozan şirkət 20 min manat cərimələndi

28/09/2023 12:40

Neft qiymətləri ARTIR – ƏN SON MƏLUMAT

28/09/2023 12:35

Vardanyana verilən cəza bəlli oldu

28/09/2023 12:31

“Mitsubishi” bu ölkədə istehsalı DAYANDIRIR

28/09/2023 12:23

Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

28/09/2023 12:08

Qaçırılan gənclərin cansız bədəni tapıldı – QORXUNC OLAY

28/09/2023 11:58

Vardanyan DTX-də ağladı – VİDEO

28/09/2023 11:56

Azərbaycan sərhədçiləri Balasanyanı saxlayıb? – SON DƏQİQƏ AÇIQLAMASI

28/09/2023 11:53

SON DƏQİQƏ! “Aparılan kompleks müalicəyə baxmayaraq…”

28/09/2023 11:51

Bennu asteroidindəki SİRLİ TOZ: Tədqiqatlar DAYANDIRILDI

28/09/2023 11:49

Divara çırpılan avtobusda GÖRÜN KİMLƏR VAR?

28/09/2023 11:33

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

28/09/2023 11:32

zəlzələ seysmoqraf

Yenidən güclü zəlzələ YAŞANDI

28/09/2023 11:20

Murad Arif həmkarlarına səsləndi: “Bu günlərdə bütün sənətçiləri … “

28/09/2023 11:11

Vardanyan Bakıya belə gətirildi – DTX görüntülər yaydı – ANBAAN VİDEO

28/09/2023 11:03

Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur… – ŞOK DETALLAR

28/09/2023 10:55

Fabrik alovlara QƏRQ OLDU – DƏHŞƏT

28/09/2023 10:38

Gecə saatlarında DƏHŞƏT: YARALILAR VAR

28/09/2023 10:24

SON DƏQİQƏ! Qondarma “Artsax Respublikası” mövcudluğunu dayandırır – FƏRMAN

28/09/2023 10:24

QORXUNC hadisə: 7 yaşlı uşaq faciəvi şəkildə CAN VERDİ

28/09/2023 10:18

TƏCİLİ! David Babayan könüllü olaraq Azərbaycana TƏSLİM OLDU

28/09/2023 10:11

SON DƏQİQƏ! Azərbaycan polisi Xankəndiyə daxil oldu – VİDEO

28/09/2023 10:08

Böhran səbəbilə 10 ölkə TOPLANIR

28/09/2023 10:07

Emin Əfəndiyə yeni vəzifə verildi

28/09/2023 09:51

Xətaidə 15 yaşlı qız, Suraxanıda isə 12 yaşlı oğlan itkin düşüb

28/09/2023 09:48

Erməni əslilli müğənni oğlunu gəlinindən qaçırdı – Oteldə…

28/09/2023 09:31

Qənirə Paşayevanın səhhəti ilə bağlı AÇIQLAMA

28/09/2023 09:22

Erməni İKİÜZLÜLÜYÜ: 20 gün əvvəl “artsax”dan danışırdı – Bu gün isə… – VİDEO

28/09/2023 09:12

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.