Rusiyanın “Su-30” təyyarəsi Kalininqrad vilayətində boş ərazidə təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarənin ekipajı həlak olub. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub.