İstanbulda Beyoğlu İstiqlal küçəsində yerə dollar səpələdikləri anları paylaşan 13 nəfər polis tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, saxlanılan şəxslərin “internetdən qazandığımız pulu ehtiyacı olanlara paylayırıq”,-deyə etdikləri paylaşım İstanbul Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılıb.
Həmin şəxslərin pul paylayan qrup olduğunu müəyyən edilib. Əməliyyatda 13 şübhəli yaxalanıb. Saxta dollarlar, maskalar və paltarlar ələ keçirilib.
Medianews.az