Rusiya prezidenti Vladimir Putinlə öz toyunda rəqs edən Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçüb.
Medianews.az xəbər verir ki, bu barədə nazir Rusiya mətbuatına açıqlama verib.
Karin Knaysl Ryazan vilayətinin Petruşovo kəndində məskunlaşıb.O, Rusiya mətbuatına açıqlamasında Ryazan vilayətinin Petruşovo kəndində istirahət evi kirayələdiyini bildirib.
Qeyd olunub ki, Knaysl avqustun 5-də kənddə keçirilən şənliyə qatılarkən görüntülənib və sonda kənd sakinlərinə rus dilində müraciət edib.
“Mən hazırda Petruşovoda yaşayıram və bu atmosferi sevirəm. Uşaqların burada oynamasını sevirəm. Buradakı atmosfer inanılmazdır, təkcə indi deyil, hər gün belə görünür. Çöldən baxanda toyuqlar, ördəklər, keçilər görürəm, bu mənim dünyamdır, həm də Avstriyada kiçik bir kənddə yaşadığım üçün bura mənə daha doğma gəlir”.
Ən azı bir ay daha kənddə qalacağını qeyd edən nazir daha çox qalıb-qalmaması ilə bağlı şərh verməyib.
Qeyd edək ki, Knaysl 2018-ci ildə Putini toyuna dəvət etmişdi. Knaysl və Putinin toyda birlikdə rəqs etməsi dünya mətbuatında geniş əks-səda doğurmuşdu.
Medianews.az