Burdurun Bucak rayonunda yük maşını ilə toqquşan avtomobildə müğənni Tan Taşçı, meneceri və onlarla birlikdə bir nəfər xəsarət alıb.
Medianews.az xəbər verir ki, Ecmel Kayahanın idarəsindəki avtomobil Bucak-Antalya Otoyolu Regional Trafik Müfəttişliyi Stansiyası yaxınlığında eyni istiqamətdə hərəkət edən Murat Bedirin idarə etdiyi TIR ilə toqquşub.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Qəzada yaralanan müğənni Tan Taşçı, meneceri olduğu öyrənilən Ecmel Kayahan və onlarla birlikdə Mahmut Emre Bucak Dövlət Xəstəxanasına aparılıb.
Həyati təhlükəsinin olmadığı bildirilən Taşçı və daha iki nəfərin xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib.
Medianews.az