Cümə, 29 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İrəvan yalvarır, icazə istəyir: Ancaq rəsmi Bakının hədəfi dəyişmir

TURAN
10/08/2023 20:17
33
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycan Ermənistanı növbəti dəfə ağır məğlubiyyətə uğratdı, rəsmi İrəvan geri çəkildi, Bakıya məlumat verdi… Rəsmi Bakı İrəvanın müraciətini geri çevirdi, beynəlxalq hüquqa bağlı şərtləri ön plana çıxartdı, Azərbaycanın mövqeyi dəyişməzdir…

Ermənistan daxili xaosa doğru sürüklənir. Paşinyan hakimiyyətinin son vaxtlar buraxdığı kobud səhvlər rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Üstəlik, rəsmi İrəvanın kobud səhvlərindən indi Kreml və Rusiyaya bağlı erməni radikal-revanşistlər də istifadə etməyə çalışırlar. Yəni, Paşinyan hakimiyyəti faktiki olaraq, “çarpaz atəş” altında qalıb. Və rəsmi İrəvanın belə vəziyyətdə daxili siyasət məkanında sərt addımlar atmaq məcburiyyəti artıq şübhə doğurmur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Azərbaycana qarşı “humanitar yük” təxribatına başlayarkən, bu avantüranın son nəticəsini dəqiq hesablamağı bacarmayıb. Əslində, belə yalnız avantüra və manipulyasiyalara bağlı təxribatlar ənənəvi “erməni zehniyyəti”nə tamamilə uyğun davranışlardır. Halbuki, erməni siyasi düşüncəsi belə avantüraların dövrünün uzaq keçmişdə qalması ilə hələ də barışa bilmir. Və bu səbəbdən də, erməni toplumu ardıcıl olaraq, öz sərsəm xəyallarının bumerang zərbələrinə məruz qalır.

Paşinyan hakimiyyəti indi nə edəcəyini demək olar ki, bilmir. Çünki rəsmi Bakıdan icazəsiz göndərilmiş “humanitar yük” Azərbaycanla sərhəddə yığılıb, qalıb. Onun Laçın postundan keçirilməsinin mümkün olmayacağı qətiyyən şübhə doğurmur. Rəsmi Bakı çevik və prinsipial manevrlə Paşinyan hakimiyyətinin təxribatını Ermənistanın əleyhinə çevirməyi bacarıb.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Məsələ ondadır ki, rəsmi Bakı “humanitar yük”ün beynəlxalq hüquq normaları çərçivəsində prosedurların icrası ilə Ağdam-Xankəndi yolundan daşınmasını təklif edib. Yəni, rəsmi Bakı Laçın yolundan nəzarətsiz istifadə planı quran Paşinyan hakimiyyətinə “bunu unudun” mesajı verib. Laçın yolunu yenidən hərbi məqsədlərlə istifadə olunan “dəhlizə” çevirmək mümkün olmayacaq. Və indi rəsmi İrəvan Laçın yolunu həmişəlik unudub, Azərbaycanın birbaşa marağında olan Ağdam-Xabkəndi marşrutunu qəbul etmək məcburiyyətində qalıb.

Əks halda, Paşinyan hakimiyyəti “humanitar yük” yenidən İrəvana qartarmalı olacaq. Çünki rəsmi Bakı öz prinsipial və qətiyyətli mövqeyi ilə Paşinyan hakimiyyətinə başqa çıxış yolu buraxmayıb. Böyük strateji məğlubiyyətlə “geri dönüş” Paşinyan hakimiyyətinə ağır daxili siyasi hücum vəd edir. Halbuki, Ermənistan cəmiyyətində sosial dayaqlarını sürətlə itirməkdə olan Paşinyan hakimiyyəti üçün indiki situasiyada belə hücumlara tab gətirmək qətiyyən asan olmayacaq.

Deməli, rəsmi İrəvan üçün tək bir variant qalmış kimi görünür. Yəni, “humanitar yük”ün İrəvana qaytarılması məcburiyyətindən yayınmaq üçün rəsmi İrəvan mütləq Azərbaycanın təklifini qəbul etməlidir. Düzdür, bu halda da Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində sərt ittihamlar ilə üzləşəcəyi qətiyyən şübhə doğurmur.

Ancaq bu, Paşinyan hakimiyyətinin seçə biləcəyi iki uğursuz variant arasında daha məqbul olanıdır. Çünki bu variant rəsmi İrəvana ittihamları “humanitar yük”lərin ünvana çatdırılması barədə arqumentlərlə cavab vermək şansı da verir. Halbuki, ümumi anlamda hər iki variantda yeganə qalib statusu məhz Azərbaycan tərəfinə məxsus olacaq.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Məsələ ondadır ki, rəsmi Bakı öz siyasi iradəsini Ermənistana qəbul etdirəcək. “Laçın dəhlizi” xəyalı birdəfəlik sona çatacaq. Rəsmi Bakının planlaşdırdığı kimi, bütün yüklər Laçın yolu ilə deyil, məhz ciddi yoxlama və nəzarət şərtilə Ağdam-Xankəndi marşrutuyla daşınacaq. Və bununla da Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası qarşısında olan daha bir əngəl aradan qaldırılacaq.

Göründüyü kimi, Ermənistanın təxribatları iflasa uğraması üzrədir. Rəsmi İrəvan bundan sonra Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir. Rəsmi Bakı şərtləri müəyyən edir, Ermənistan isə onların icrasına məhkum durumdadır. Və bunun real əlamətləri də artıq açıq-aşkar müşahidə olunmağa başlayıb.

Maraqlıdır ki, Ermənistan mətbuatında rəsmi İrəvanın Azərbaycana müraciət etdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia olunur ki, Paşinyan hakimiyyəti rəsmi Bakıdan “humanitar yük”ün Azərbaycan ərazisinə keçirilməsi üçün icazə istəyib. Üstəlik, “humanitar yük”lər barədə rəsmi Bakıya detallı məlumatlar da verildiyi bildirilir. Və bu, Ermənistanın rəsmi Bakının siyasi iradəsi qarşısında təslim olmaq üzrə olduğunu iddia etməyə əsas verir.

Ancaq rəsmi Bakının Paşinyan hakimiyyətinin icazə müraciətinə müsbət cavab verəcəyi qətiyyən inandırıcı deyil. Düzdür, bu icazə müraciəti rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı suveren hüquqlarını növbəti dəfə etiraf etməsi anlamı daşıyır. Yəni, rəsmi İrəvan etiraf edir ki, Laçın yolu da, Qarabağ regionun da Azərbaycan ərazisidir. Və bu regionla bağlı nə Ermənistan, nə də Rusiya rəsmi Bakının icazəsi olmadan hər hansı addım ata bilməz.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)

Məsələnin ən önəmli tərəfi də məhz bu məqamda gizlənir. Belə ki, rəsmi İrəvan belə məzmunlu müraciət ilə Azərbaycandan icazə almaq şansına sahib deyil. Çünki Paşinyan hakimiyyəti “humanitar yük”ün rus sülhməramlıların müşayiəti ilə məhz Laçın yolu üzərindən daşınması üçün rəsmi Bakıdan icazə istəyib. Halbuki, bunun mümkün olmayacağını rəsmi Bakı Ermənistanın icazə müraciətindən xeyli əvvəl bildirib.

Məsələ ondadır ki, rəsmi Bakı “humanitar yük”lərin Laçın yolu ilə deyil, məhz Ağdam-Xankəndi marşrutuyla daşınması barədə prinsipial mövqeyini dəyişmək niyyətində deyil. Belə ki, “humanitar yük”lər əvvəlcə Azərbaycan sərhədçiləri və gömrükçüləri tərəfindən yoxlanılmalıdır. Yalnız bundan sonra isə Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni azlığına çatdırıla bilər. Üstəlik, bu prosesdə rus sülhməramlıların iştirakına da artıq qətiyyən ehtiyac yoxdur. Və prosesi Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələri təmin etmək imkanındadır.

Göründüyü kimi, rəsmi İrəvan hansı avantüraya əl atsa da, Ermənistanın “humanitar təxribat”ının baş tutması mümkün deyil. Şərtləri məhz rəsmi Bakı müəyyən edir. Ermənistan isə yalnız Azərbaycanın müəyyən etdiyi qaydalara riayət etmək məcburiyyətindədir. Çünki beynəlxalq hüquq normaları məhz bu reallığı dəstəkləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

DAHA ÇOX OXU

Analiz

Bakı Xankəndiyə Ağdamdan daxil olur: Ermənistana qarşı legitim savaş səbəbləri də aktivləşir

18/09/2023 21:47
Analiz

Rusiya kəşfiyyatı Putinə niyə ultimatum verdi: Priqojinin hakimiyyətə yolu təmizlənir

21/08/2023 21:27
Analiz

Ukrayna savaşının sona çatacağı vaxt məlumdur: Rusiya məğlub, ABŞ və NATO isə qalib olacaq

15/08/2023 10:47
Analiz

Bakı “humanitar yükü” Paşinyana necə yüklədi: Ermənistan ağırlığa dözmür, əzilir

01/08/2023 11:39
Analiz

Azərbaycanda lisenziyasız fəaliyyət, Rusiya vətəndaşlarının sanksiyadan qaçış aləti, Freedom Broker: Freedom Finance Azerbaijan müəmması

31/07/2023 17:14
Analiz

Araik son təhlükəli varianta da əl atdı: İrəvandan dərhal “Bakıya get” mesajı verildi

14/07/2023 20:56

Xəbər lenti

Avtomobildən düşən cütlüyü YÜK MAŞINI VURDU – DƏHŞƏT

29/09/2023 18:26

SON DƏQİQƏ: DTX daha bir erməni generalı HƏBS ETDİ – FOTO/ VİDEO

29/09/2023 18:08

İcra başçısının qardaşı yüksək vəzifəyə təyin olundu

29/09/2023 17:50

Gülnarə Xəlilovanın kolleksiyaları Özbəkistan və Qazaxıstanda

29/09/2023 17:37

BMT missiyası Qarabağa səfər edəcək – YAXIN GÜNLƏRDƏ..

29/09/2023 17:19

Beynəlxalq forumda ölkəmizi BU ŞƏXS TƏMSİL EDƏCƏK

29/09/2023 17:02

Yağlı əti sevənlər üçün təhlükə – Sizi bu xəstəliklər gözləyir

29/09/2023 16:47

“Seçim Ermənistanındır” – İlham Əliyev

29/09/2023 16:26

“Bizim səbrimizlə oynamasınlar” – Prezident

29/09/2023 16:10

Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları NƏZARƏT EDİR

29/09/2023 15:55

Oktyabrda hava necə olacaq?

29/09/2023 15:37

Putinin “Vaqner”lə bağlı YENİ PLANI – Ukraynada vuruşmaq üçün…

29/09/2023 15:14

“Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq”

29/09/2023 15:09

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı 170 nəfərə çatıb

29/09/2023 15:02

Ombudsman Qarabağın erməni sakinlərinə müraciət etdi

29/09/2023 14:50

Şərur sakininin əl-qolunu bağlayaraq ləyaqətini alçaldan şəxslər saxlanılıblar

29/09/2023 14:41

“Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”

29/09/2023 14:24

İlon Mask Bakıya gəlməkdən imtina etdi

29/09/2023 14:14

Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?

29/09/2023 14:04

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29/09/2023 14:02

İlham Əliyev: “Bərpa işlərinə 7 milyard dollar sərf edilib”

29/09/2023 13:57

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

29/09/2023 13:56

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

29/09/2023 13:53

Azərbaycan Prezidenti və birinci xanım Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

29/09/2023 13:51

Namiq Qaraçuxurlu həbs edilib? – FOTO

29/09/2023 13:48

Aynurdan vəfat edən atası və bacısı ilə bağlı paylaşım

29/09/2023 13:46

“İnstagram” hesabı ələ keçirilən məşhur fenomen xəstəxanalıq oldu – VİDEO

29/09/2023 13:40

Yaşar Gülər Ermənistana XƏBƏRDARLIQ ETDİ

29/09/2023 13:30

Gülnarə Kərimova ilə bağlı yeni ŞOK MƏLUMATLAR – Bu cinayət təşkilatını idarə edirmiş

29/09/2023 13:27

Qadın yazıçı keçmiş ərini bıçaqlayaraq öldürdü – FOTOLAR

29/09/2023 13:15

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.