Küveyt hakimiyyəti ictimai əxlaqı qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.
Medianews.az xəbər verir ki, İnformasiya Nazirliyi Mətbuat və Nəşr Müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii Barbie və Talk to Me filmlərinin nümayiş olunmayacağını bildirib.
Komitənin ictimai əxlaqı və ənənələri qorumaq səyləri çərçivəsində sözügedən filmlərin nümayişinə qadağa qoyulduğuna işarə edən Sabii sözlərini belə davam etdirdi:
“Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Həmin qanun oxşar məzmunlu istənilən filmə aiddir. Bu xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlmir”.
Livan həmçinin Barbie filminin “əxlaqi və dini” dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını da qeyd edib.
Medianews.az