Evdə saçını boyayan tələbə anidən pisləşərək həyatını itirib.
Medianews.az xəbər verir ki, Türkiyənin İzmir bölgəsində yaşanıb.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Dəniz Dəmirbayraklının vəfatından sonra dostundan alınan məlumata görə, gənc qız evdə saçını boyayarkən qəfil qışqırmağa başlayıb və halı dəyişib. Müayinədən sonra gənc qızın allergik xəstəliyi olduğu öyrənilib.
Mütəxəssis qruplarının apardığı müayinələrdə təcili yardımda dünyasını dəyişən gənc qızın cəsədində odlu silah, bıçaq yarası kimi heç bir tapıntıya rast gəlinməyib.
Prokurorun göstərişi ilə gənc qızın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyitin yarılmasına qərar verilib.
Medianews.az