Potensial təhlükəli asteroid avqustun 23-də Yerə yaxın uçacaq.
Medianews.az xəbər verir ki, bu barədə məlumat NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin saytında dərc olunub .
Məlumata görə, Yer üçün potensial təhlükəli olan diametri 960 metrə qədər olan 6037 (1988 EG) asteroidi avqustun 23-də planetimizdən təxminən altı milyon kilometr məsafədə uçacaq.
Səma cismi ilə Yer arasındakı minimum məsafə 0,04 astronomik vahid (demək olar ki, 6,1 milyon kilometr) təşkil edəcək.
Eyni zamanda, planetin orbitini 0,05 astronomik vahidə qədər (7,5 milyon kilometrdən az) məsafədə kəsən obyektlər potensial təhlükəli sayılır.
Medianews.az