Türkiyəli məşhur aktrisa Fahriye Evcen tətildən yeni fotolar paylaşıb.
Bakupost.az xəbər verir ki, 2-ci dəfə ana olan aktrisa köhnə formasına qayıdıb.
Fahriye Evcen 13,6 milyon izləyicisi olan sosial media hesabında paylaşdığı fotolarla adından söz etdirib.
Həftələrlə ailəsi ilə birlikdə tətildə olan Evcen bikinili fotolarını paylaşıb.
37 yaşlı Evcen zebra rəngli bikinidə poza verib. Pərəstişkarları gözəl aktrisaya yenidən heyranlıq yağdırıblar.
Qeyd edək ki, Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə qurub.
Cütlüyün 2 övladı var.

