Səudiyyə Ərəbistanı şahzadəsi Lamia Bint Majid Al Sauda Türkiyədə qəzaya düşüb.
Medianews.az xəbər verir ki, Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Hayrettin Güngör Togg markalı avtomobili ilə Lamia Bint Majid Al Saudanı şəhəri gəzdirərkən qəza törədib.
Tur zamanı böyük şəhər bələdiyyəsinin də yerləşdiyi Azərbaycan bulvarında xoşagəlməz hadisə baş verib.
Hadisədən sonra Bələdiyyə Başçısı Hayrettin Güngör avtomobilindən enərək qəzada yüngül yaralandığı bildirilən digər vasitədə olan vətəndaşların vəziyyəti ilə maraqlanıb.
Medianews.az