ABŞ-ın Kaliforniya ştatının Riverside bölgəsindəki Kabazonda baş verən yanğını söndürməyə gedən iki helikopter toqquşub.
Medianews.az xəbər verir ki, toqquşmadan sonra helikopterlərdən biri sağ-salamat eniş edib, digər helikopter isə yerə çırpılıb.
Qəzaya uğrayan vertolyotda olan 3 nəfərin həlak olduğu bildirilib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.
Medianews.az