Rusiyada meşə yanğınları başlayıb.
Medianews.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi ölkənin müxtəlif bölgələrində ümumi 230 min hektar sahədə 278 yanğınla mübarizənin davam etdiyini bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada, 14 ayrı bölgədə ümumilikdə 278 yanğının davam etdiyi vurğulanıb.
Açıqlamada yanğınların ümumilikdə 230 min hektar ərazini əhatə etdiyi və söndürmə işlərinin davam etdiyi qeyd edilib.
Bildirilib ki, 125 min hektar ərazisi olan yanğınlardan ən çox zərər çəkən Yakutiya bölgəsində ümumilikdə 98 yanğınla mübarizə davam edir.
Dünyadakı meşə sahələrinin təxminən 20 faizinə sahib olan Rusiyada hər il minlərlə hektar sahədə yanğınla mübarizə aparılır.
Medianews.az