Metroya zəhərli maddə atıblar.
Medianews.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə metro vaqonuna zəhərli maddə atıblar.
Məlumata görə, Brüsselin Delakrua metro stansiyasında vaqona ammonyak olduğu təxmin edilən zəhərli maddə atılıb .
Zəhərlənən iki nəfərə xəstəxanada tibbi yardım göstərilib. 2 və 6 saylı metro xətlərinin fəaliyyəti dayandırılıb.
Hadisə şahidlərinin yerli mətbuata verdiyi məlumata görə, orta yaşlı bir şəxs metrodan düşməzdən əvvəl mayeni vaqona atıb, daha sonra insanlar nəfəs almaqda çətinlik çəkib, gözləri yanıb.
Qeyd edək ki, Brüssel metrolarında tez-tez zorakılıq aktları baş verir.
Son dövrdə metrolarda bıçaqlı hücum, rels boşluğuna itələnərək sərnişinlərin xəsarət alması kimi hadisələr tez-tez təkrarlanır.
Metrolarda terror aktı ehtimalı vaxtaşırı gündəmə gəlir.
Medianews.az