Keçmiş həyat yoldaşını da toya dəvət edən kişi sosial medianın dilinə düşüb.
Medianews.az xəbər verir ki, ABŞ-da yaşayan Stiv Bourdonun keçmiş həyat yoldaşını Şonda adlı sevgilisi ilə etdiyi toya dəvət etməsi gündəm olub.
Onun bu hərəkəti cütlüyün yaxın dostlarını təəccübləndirsə də, Leanın toydakı çıxışı böyük diqqət çəkib və sosial mediada müzakirələrə səbəb olub.
Toyda iştirak edən Lea çıxışında cütlüyə xoşbəxtlik arzulayıb və az adamın bildiyi faktları açıqlayıb. Leanın çıxışı böyük alqışlarla qarşılansa da, bəzi qonaqlar göz yaşlarına hakim ola bilməyiblər.
Lea çıxışında bu sözləri qeyd edib:
“Boşandıqdan sonra dörd il danışmadıq. Biz yalnız e-poçt və valideynlərimizlə əlaqə saxladıq. Amma bizim böyük ürəklərimiz var idi və bir-birimizi bağışladıq. Hər şeyi ortaya qoyduq və indi bacı-qardaş kimiyik”.Leanın çıxışı yüksək qiymətləndirilsə də, bəzi sosial media istifadəçiləri cütlüyün münasibətlərinin uğursuz olduğunu bildiriblər.
Lea deyir:
“Bir çox insan bizi başa düşmür. O, hətta bu söhbəti necə apardığımı soruşa bilər, amma bizim uşaqlarımız var və bir-birimizi bağışlamışıq”.
Stiv də mövzu ilə bağlı danışıb:
“Bu, əla vəziyyətdir. Keçmiş və yeni həyat yoldaşım çox yaxşı anlaşırlar. Bəzən hətta birlikdə yeməyə də çıxırlar. Qızlarımızdan danışırlar”.
Medianews.az