Cinsi istismara məruz qalan 13 uşaq xilas edilib.
Medianews.az xəbər verir ki, ABC news-un məlumatına görə, Avstraliya Federal Polisi rəsmisi mətbuata verdiyi açıqlamada əməliyyatlar çərçivəsində 13 uşağın xilas edildiyini, yaşları 32-81 arasında olan 19 şübhəlinin nəzarətə alındığını bildirib.
Məlumata görə, ABŞ- da təhqiqat 2021-ci ildə iki FTB üzvünün uşaq istismarı görüntülərini internetdə paylaşdığı iddia edilən bir adamın evində axtarış apararkən öldürüldükdən sonra başladı.
İstintaq çərçivəsində FTB Avstraliya polisini “qaranlıq internet”də cinsi istismar şəkillərini paylaşdığı iddia edilən insanlar haqqında məlumat verib.
Medianews.az