Türkiyənin Dənizli vilayətində arvadını və 4 yaşlı ögey oğlunu evinin eyvanında bıçaqla öldürən şəxs həbsxananın tualetində özünü asaraq həyatına son qoyub.
Medianews.az xəbər verir ki, Ümid Akpınarın cənazəsi müayinə olunmaq üçün Pamukkale Universiteti Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb.
Yarılmadan sonra cənazənin məmləkəti Kahramanmaraşa göndəriləcəyi bildirilib.
Qeyd edək ki, 26 yaşlı Ümit Mutlu Akpınar 26 yanvar 2022-ci ildə 24 yaşlı Büşra Akpınarla evlənib. Bir müddət sonra gənc qadın birinci evliliyindən olan övladına keçmiş həyat yoldaşı Halil Gülün qəyyumluğunu almaq istəyib. Bir həftə əvvəl keçmiş həyat yoldaşından uşağının qəyyumluğunu almaq üçün məhkəməyə müraciət edən və vəkillər kollegiyasından vəkil tutan Büşra Akpınarın bu təşəbbüsü onu 1,5 illik həyat yoldaşı Ümit Mutlu Akpınarla boşanma mərhələsinə gətirib.
Yeni evlənən cütlüyün qəyyumluq üstündə mübahisəsi nəticəsində Ümit Mutlu Akpınar “ikinizi də öldürəcəm” deyərək həyat yoldaşı və ögey uşağını bıçaqla qovub. Uşağını qucağına alan ana eyvana doğru qaçarkən yaxalayan Ümit Mutlu Akpınar əlindəki bıçaqla qadını, daha sonra isə 4 yaşlı uşağı bıçaqlayıb.
Medianews.az