Taylandın cənub bölgələrində yerli əhali ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir.
Medianews.az xəbər verir ki, dünən axşam saatlarında bomba yüklü avtomobillə polis məntəqəsinə hücum təşkil edilib.
Təhlükəsizlik kameralarına əks olunan hücumda sedan model avtomobilin sürücüsünün DYP-nin qarşısında dayanaraq avtomobildən düşüb, sonra isə yanında gözləyən motosikletə minərək uzaqlaşdığı görülüb.
Sürücünün qaçmasından saniyələr sonra şiddətli şəkildə partlayan avtomobil ətrafa böyük maddi ziyan vurub, partlayış zamanı avtomobilin yanından başqa heç bir avtomobil keçməyib, insan tələfatının qarşısı alınıb.
Medianews.az