Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində bəzi polislərin sosial media hesablarında nasist simvollarını paylaşdıqları və uşaq pornoqrafiyası olan videoların olduğu üzə çıxıb.
Medianews.az xəbər verir ki, Essen Prokurorluğunun müdaxiləsi ilə 22-25 yaş arası 5 şübhəlinin evlərində və iş yerlərində axtarış aparıldığı, bəzi əşyalarının müsadirə edildiyi açıqlanıb.
Polis hazırlığı zamanı ifrat sağçı postlar hazırlamaqda şübhəli bilinərək barəsində araşdırmalara başlanılan şübhəlilərdən 3-nün Recklinghausen, birinin Kleve, digərinin isə Borken Polis İdarəsində çalışdığı bildirilib.
Klevedəki şübhəli polisin mandatının dəyişdirildiyi, Borkendəki polisin isə başqa yerə təyin edildiyi deyilib.
Qeyd olunub ki, son 6 ildə KRV-də ifrat sağçı münasibət və davranışlar nümayiş etdirən 105 polis əməkdaşı barəsində qanuni tədbirlər görülüb, 2017-ci ildən bu günə kimi bununla bağlı Polis Şöbələrinə 357 şikayət edilib.
Medianews.az