Pakistanda Karaçi-Ravalpindi sərnişin qatarı relsdən çıxıb.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 22 nəfər həlak olub.
100 yaralı isə ətrafdakı xəstəxanalara yerləşdirilib.
Qəzadan sonra ətrafdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Dəmir Yolları Bölməsinin müfəttişi Sukkur Mahmoodur Rahman qatarın qəzaya uğraması nəticəsində 10 vaqonun relsdən çıxdığını təsdiqləyib və əlavə edib ki, Loco Shed Rohri Railway Company-dən bir qatar xilasetmə işləri aparmaq üçün hadisə yerinə gəlib.
Qəzadan sonra əraziyə xilasetmə qrupları və polis göndərilib, qəza ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.
Medianews.az