İstanbulun Kağıthane ərazisində bir avtomobil digər avtomobilin qarşısında sürətlə hərəkət etdiyi üçün iki sürücü arasında mübahisə yaranıb.
Medianews.az xəbər verir ki, mübahisə əlbəyaxa davaya çevrilib.
Sürücülərdən biri əvvəlcə digər sürücünün yanında olan qadını yumruqla vurub, daha sonra sürücünü yumruqla yerə yıxaraq sürətlə hadisə yerindən qaçıb.
Hadisə yerinə polis əməkdaşları sövq edilib.
Medianews.az