Məşhur onkoloq dünən dəbdəbəli fərdi yaşayış evində körpəsini güllələdikdən sonra intihar edib.
Nyu-Yorkun ən məşhur həkimlərindən biri olan Dr. Krystal Cascetta dünən evində körpəsini və özünü öldürüb.
Ölkənin ən tanınmış onkoloqlarından olan və Mount Sinai Xəstəxanasında çalışan 40 yaşlı Cascetta-nın bunu niyə etməsi hələlik məlum deyil.
Qeyd edək ki, xərçəng xəstəliyi üzrə ixtisaslaşan və həyat yoldaşının enerji verən qidalar istehsal edən şirkətinə köməkliyi ilə tanınan Cascetta mütəmadi olaraq idman edən və işində çox uğurlu bir həkim olub.
Medianews.az