İsrailin paytaxtı Təl-Əvivdə silahlı hücum baş verib.
İsrail polisi və səhiyyə mənbələrindən verilən məlumata görə, Tel-Əvivin Montefiore küçəsində baş verən silahlı hücumda ağır yaralanan 42 yaşlı Çen Amir adlı israilli mühafizəçi həlak olub.
Hücum edən şəxsin zərərsizləşdirildiyi bildirilib.
Onun işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərindən olan və İsrailə girməsinə icazə verilməyən 27 yaşlı kişi olduğu aşkarlanıb.
Medianews.az