Yeni mövsüm hazırlıqları ilə yanaşı, heyətini də formalaşdıran “Fənərbağça” ilə bağlı yeni iddia ortaya çıxıb.
Corriere dello Sport-un xəbərinə görə, Sarı-göylülər hücumçu axtarışında olan İtaliya nəhəngi “Roma”ya Mişi Batşuayini təklif edib.
Belçikalı hücumçunun transferində baş məşqçi Joze Mourinyonun da maraqlı olduğu iddia edilir.
Digər tərəfdən, Romanın gündəmində Duvan Zapata və Wout Weghorst kimi qolçuların olduğu da qeyd edilib.
Medianews.az