Çimərliyə düşən qaya parçaları insanlarda qorxuya səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə yaşanıb.
Bartının Kurucaşile rayonundakı Ovatekkeönü çimərliyi yaxınlığında axşam saatlarında yamacdan qopan qaya parçaları qumlu sahəyə yuvarlanıb. Təxminən 50 metr hündürlükdən yuvarlanan qaya parçaları çimərlikdə dincələn şəxsləri narahat edib.
İstirahətçilər hadisənin baş verdiyi ərazini tərk edib və əraziyə jandarma qrupları göndərilib. Sahilə düşən qayaların olduğu hissə və Alapınar məhəlləsinə gedən yol zolaq çəkilərək istifadəyə bağlanıb. Rayon üzrə Fəlakət və Təcili Yardım Müdirliyi qruplarının qayaların düşdüyü ərazidə araşdırma aparacağı öyrənilib.
Medianews.az