Şənbə, 23 Sentyabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ana qızından imtina etdi, ata onun boğazına bıçaq çəkdi, qonşu isə… – Bakıda dəhşət – FOTO

TURAN
06/08/2023 16:53
81
BAXIŞ
FacebookTwitterTelegram

Bakının Xəzər rayonunda azyaşlı qızına işgəncə verməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Medianews.az Teleqraf.com-a istinadən bildirir ki, Taleh 2018-ci il təvəllüdlü qızı Məryəm doğulduqdan sonrakı dövrlərdə yaşadıqları Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2022-ci ilin yanvarın əvvəllərində, ölümündən təxminən 2 həftə öncə mütəmadi olaraq onu döyüb, işgəncə verib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Qardaşım 8 yaşlı qızı zorlayıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə atası, nənəsi, 11 yaşlı bacısı və qızı Məryəmlə birlikdə yaşayıblar: “Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Ofisiantlıq və kuryerliklə məşğul olaraq özümü və qızımı maddi cəhətdən dolandırmağa çalışmışam. 2017-ci ildə Günellə qeyri-rəsmi ailə qurmuşam.

2017-ci ilin təxminən dekabrında Güneli öz istəyi ilə qaçırdım. Güneli qaçırmazdan təxminən 7-8 ay əvvəl, yəni şagirdlərin yay tətilinə çıxmalarından təxminən 1 ay əvvəl “Xalqlar dostluğu” metrosu yaxınlığında, məhlədə transfarmator yerləşən dəmir kabinanın içərisində Günellə ilk dəfə təbii yolla cinsi əlaqədə oldum. Güneli qaçırdaraq qeyri-rəsmi arvadım etdikdən sonra birgə nikahmızdan Məryəm adlı qızımız anadan oldu.

Biz ailədə ümumiyyətlə 3 qardaş və iki bacı olmuşuq. Əmim Vüqarın övladı olmadığı üçün Rafiq adlı qardaşımızı Vüqara verdik. O biri qardaşım Vəhiyulla 2015-ci ildə 8 yaşlı qız uşağını zorladığına görə 15 il həbs cəzasına məhkum edildi. Hazırda səhv etmirəmsə, Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrinin birində cəza çəkir. Bacımın biri – Zəhra türk vətəndaşı ilə təxminən 2017-ci ildə ailə həyatı qurub və hazırda Türkiyədə yaşayır. 11 yaşlı bacım isə bizimlə qalır.

Atam narkotik aludəçisi olduğuna görə anam Gülənbər bizi tərk edərək gedib. Həmin vaxt bacım Zeynəbi anam özü ilə birlikdə aparsa da, sonradan atam Zeynəbi yaşadığımız yerə gətirib”.

“Atam narkotik istifadəçisidir”

Təqsirləndirilən şəxs qeyd edib ki, azyaşlı Məryəmin qətlində ittiham olunan Mehmanı (bu şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilib – red.) təxminən 11 il bundan əvvəl bir qonşu kimi görüb və tanıyıb: “Mehman Xəyalə adlı xanımla qeyri-rəsmi birlikdə yaşayırdı. Xəyalənin əvvəlki nikahından 2 oğlan övladı vardı. Mehmanla, eləcə də onun ailə üzvləri ilə düşmənçilik və ədavətimiz olmayıb. Mehman atam Rövşənlə yaxın dostluq münasibəti saxlayıb, eyni zamanda mənimlə də dostluq edib.

Atam Rövşəni Mehman narkotik vasitələrə meyilləndirmişdi. Atam hazırda da narkotik istifadəçisidir. Son vaxtlar nənəm Zenfira yaşlaşdığından və evin xərclərini qarşılaya bilməməsi səbəbindən mənə qızım Məryəmi də götürərək evdən getməyimi, övladıma özümün baxmağımı məsləhət gördü”.

“Məryəmdən xəbər çıxmadı”

Təqsirləndirilən qeyd edib ki, təxminən 2022-ci ildə o, qızı Məryəmi götürərək evdən gedib: “Həmin vaxt Kürdəxanıya işləmək üçün gedəcəyimdən qızım Məryəmin paltarlarını da yığaraq Mehmangilə qoydum və Kürdəxanıya getdim. Təxminən 4 gün sonra qayıtdım. Nənəmgilə işlərimin dayandığını bildirdim.

Dəfələrlə Mehmanın evinə getsəm də, Məryəmi görə bilmədim. Mehman müxtəlif bəhanələrlə Məryəmi mənə göstərmədi.

Nənəm Mehmana zəng vuraraq Məryəmi evimizə gətirməsini bildirdi. O, Məryəmi xalasının qızıgilə apardığını bildirdi və qızı gətirmək üçün getdiyini bildirdi. Lakin həmin gün nə Mehmandan, nə də Məryəmdən xəbər çıxdı. Axşam nənəm Məryəmin qonşuluqda yaşayan Mehman tərəfindən oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verdi”.

“Məryəmin kürəyi yanmışdı…”

Taleh deyib ki, növbəti günlərdə, axşam saatlarında Mehmanın qardaşı Yusif onların evlərinə gəlib və Məryəmin orada olub-olmamasını dəqiqləşdirib: “Məryəmin Mehmangildə də olmadığını dedi. Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsindən nənəm Zenfiraya zəng olundu. Mehmanın tutulduğu bildirildi. Biz də 1-ci polis şöbəsinə gəldik”.

Taleh bildirib ki, bir neçə dəfə işləməyə gedəndə övladı Məryəmi Mehmangildə qoyub: “Mehman bir dəfə Məryəmin bədənini dişləyib, gömgöy etmişdi. Hətta bir dəfə Məryəmin kürəyi yanmış vəziyyətdə Mehmangildən gətirdim. Hətta Mehmanın arvadı Xəyaləni də döydüyünü bir neçə dəfə gözümlə görmüşdüm”.

“Çox peşmanam”

Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, qeyri-rəsmi ar-arvad münasibətində yaşadığı Günelin rayon prokurorluğunda təqdim etdiyi videogörüntüyə baxıb: “Həmin görüntülərdə danışan şəxs özüm, azyaşlı qız isə övladım Məryəmdir. Məryəmin boğazına uzatma kabelini mən dolamışam. Həmin kabeli tavanın taxtasına bağlamışam, Məryəmin ayağının altına stulu da mən qoymuşam.

Bundan başqa, Günelin qeyd etdiyi kimi qızım Məryəmin boğazına bıçaq yaxınlaşdırmışam və başqa qorxulu hərəkətlər etmişəm ki, Güneli fikrindən daşındırıb, evə geri qaytara bilim. Fikrim yalnız Güneli qorxutmaq olub.

Bundan əlavə qızım Məryəm küçədə nalayiq sözlər öyrənərək evdə təkrarladığı üçün onu dəfələrlə döymüşəm. Sözə baxmadığı üçün çimdikləmişəm, hətta Məryəm ölməmişdən təxminən 2 həftə əvvəl cəzalandırmaq üçün siqaretin yanan ucu ilə bədəninin müxtəlif yerlərinə dağ basmışam. Lakin heç vaxt Məryəmi öldürmək niyyətim olmayıb. Çünki qızımı bir ata kimi çox istəmişəm. Qızıma qarşı etdiyim kobud hərəkətlərə görə çox peşmanam”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd edib ki, Mehman qızı Məryəmi döyərək öldürüb.

“Anam Türkiyə vətəndaşı ilə ailə həyatı qurub”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Günelin sözlərinə görə, sosial şəbəkə vasitəsilə tanış olduğu qızlarla birlikdə kirayədə yaşayır: “Hal-hazırda mağazada satıcı işləyirəm. Mərhum Məryəm mənim qızım olub. Təxminən 2017-ci ildə Talehlə sosial şəbəkə vasitəsilə tanış oldum və ailə qurdum. 2018-ci ildə Məryəm adlı qızımız dünyaya gəldi. Ailədə 3 bacı, 1 qardaş olmuşuq. Biz uşaq olanda atamla anam ayrılıb, daha sonra anam ikinci dəfə Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Ailə həyatı qurduqdan sonra ilk vaxtlar Xaşaxuna bağlar massivində Talehin ailəsi ilə bir evdə yaşadıq. Bir müddət sonra həmin evdən çıxaraq müxtəlif ünvanlarda kirayədə qaldıq.

Talehlə ilk vaxtlarmünasibətlərimiz normal olsa da, sonradan münasibətlərimiz soyuqlaşmağa başladı. Buna əsas səbəb Talehin heç bir yerdə işləməməsi və narkotikdən istifadə etməsi oldu”.

Günel bildirib ki, 2019-cu ilin mayında artıq Talehin hərəkətlərinə dözə bilməyib və övladını Talehin himayəsində qoyaraq gedib: “Evdən çıxdıqdan sonra bir müddət anamgillə birlikdə yaşadım. Daha sonra anamgilin Türkiyəyə köçməsindən sonra sosial şəbəkə vasitəsilə tanıdığım xanımlarla birlikdə kirayə ev tutduq, onlarla yaşamağa başladım.

Həmin vaxtdan Taleh və onun ailəsi ilə heç bir formada əlaqə saxlamadım, övladım Məryəmdən də heç bir məlumatım olmadı”.

“Uşaqdan imtina etdim”

Günel qeyd edib ki, 2020-ci ildə Bakı Metropoliteninin “Əhmədli” metostansiyasının yaxınlığında küçədə getdiyi vaxt Talehin yaxınlıqda yerləşən marketdən çıxdığını görüb: “Taleh də həmin vaxt məni gördü. Taleh ardımca gələrək söhbət etmək, mənimlə barışmaq istədiyini bildirdi. Mən isə heç bir zaman onunla barışmayacağımı, birlikdə olmaq istəmədiyimi bildirdim.

Taleh cibindən çıxardığı bıçaqla mənə zərbələr endirməyə başladı. Sabunçu 3 saylı şəhər Kliniki Xəstəxanaya aparıldım. Taleh isə polis əməkdaşları tərəfindən saxlanıldı. Daha sonra anamgillə birlikdə Türkiyəyə getdim. 2021-ci ilin dekabrında geri qayıtdım.

2021-ci ilin dekabrında övladımdan imtina etməyimlə bağlı notariat kontorunda ərizə yazdım. Əslində uşaqdan imtina etməyimə səbəb Talehin Məryəmin sənədlərini düzəltdirmək istəməsi olub. Çünki həmin vaxta qədər Məryəm mənim soyadımı daşıyırdı”.

“Qızımızı öldürəcəyi ilə hədələyirdi”

Günelin ifadəsinə görə, 2022-ci ildə təxminən saat 21 radələrində işdən evə gəlib: “Evdə olan zaman sosial şəbəkədə övladımın ölü halda quyudan tapıldığını oxudum. Televiziya proqramından bu haqda eşitdikdən sonra xəbərin doğruluğuna əmin oldum.

Taleh mənimlə bir yerdə yaşadığımız vaxtlarda qızımıza qarşı mehriban olub. Lakin ayrıldıqdan sonra onunla barışmayacağım təqdirdə özünü və qızımızı öldürəcəyi ilə hədələyirdi. Hətta mənə 2 dəfə qızımız Məryəmi öldürəcəyi ilə bağlı hədə-qorxu videoları çəkərək göndərmişdi.

Bir neçə dəfə Məryəmin boğazına bışaq dirəyərək qayıtmayacağım təqdirdə onu öldürəcəyi ilə bağlı hədə-qorxu videoları da yollamışdı. Lakin telefonu itirdiyimdən həmin görüntüləri istintaqa təqdim edə bilmədim. Yalnız Talehin Məryəmin boğazına uzatma kabeli bağlayaraq ona işgəncə verməsi ilə bağlı göndərdiyi videogörüntüləri CD formasında istintaqa qeyd edə bilmişəm”.

Günel ifadəsində həmin videogörüntüdəki məkanı tanımadığını, işgəncə verilən azyaşlının qızı Məryəm, görüntüdə fonda olan səsin keçmiş əri Talehə məxsus olduğunu bildirib.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Taleh 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, azyaşlı Məryəmi qətlə yetirməkdə ittiham olunan Mehman Mansurov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.

Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

DAHA ÇOX OXU

Dünya

Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ

23/09/2023 13:20
export

“Parıldayıram…” – Güneldən yeni fotolar

23/09/2023 12:52
export

Hamı onun cəsarətindən danışır – Gözündən yaralanan Ceyhun kimdir?

23/09/2023 12:46
export

Rəsmi qurumdan şəhidimizin son arzusu ilə bağlı AÇIQLAMA – VİDEO

23/09/2023 12:34
export

“Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım” – “Təhminə”

23/09/2023 12:22
Cəmiyyət

Düclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

23/09/2023 11:58

Xəbər lenti

Ordumuz Xocalıya daxil oldu

23/09/2023 14:40

Ferhat Göçer Bakıda “Qarabağ Azərbaycandır” dedi

23/09/2023 14:20

İntihara cəhd edən şəxs belə xilas olundu – ANBAAN VİDEO

23/09/2023 13:59

Hüseyn Emil Rəhmanoğlu ilə “WhatsApp” danışığını yayımladı

23/09/2023 13:42

Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ

23/09/2023 13:20

Baş redaktor həbs edildi

23/09/2023 13:03

“Parıldayıram…” – Güneldən yeni fotolar

23/09/2023 12:52

Hamı onun cəsarətindən danışır – Gözündən yaralanan Ceyhun kimdir?

23/09/2023 12:46

Rəsmi qurumdan şəhidimizin son arzusu ilə bağlı AÇIQLAMA – VİDEO

23/09/2023 12:34

“Azərbaycan mənim də vətənimdir, o gecə hönkürtü ilə ağladım” – “Təhminə”

23/09/2023 12:22

Düclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

23/09/2023 11:58

U.S. Secretary of State Antony Blinken speaks during a joint news conference following a meeting with Icelandic foreign minister at the Harpa Concert Hall in Reykjavik, Iceland, May 18, 2021. Saul Loeb/Pool via REUTERS

Blinkendən Qarabağla bağlı daha bir AÇIQLAMA

23/09/2023 11:47

Məşhur müğənni ofisiant işləməsindən danışdı

23/09/2023 11:44

Küçədə bikinidə gəzən modelə kitab oxumaq cəzası verildi – VİDEO

23/09/2023 11:10

Ağdərədən çıxan ermənilər yolu minalayıblar – FOTO

23/09/2023 10:58

Məşhur aktrisa çılpaq bədənini bayraqla örtdü – qalmaqal – FOTO

23/09/2023 10:54

Qarabağ ermənilərinə Azərbaycanın yardımı belə çatdırdırıldı – VİDEO

23/09/2023 10:39

Əsəd Əsədov vəfat etdi

23/09/2023 10:32

Arda Güler qayıtdı

23/09/2023 10:27

Azərbaycanda doğulan milyonçu model oğurluğa görə tutuldu – VİDEO

23/09/2023 10:01

Universitet müəllimi qəfil vəfat etdi – FOTO

23/09/2023 09:55

Ermənilər Xocavənddə döyüş postlarının enerjisini bu yolla təmin edib – FOTO

23/09/2023 09:46

Əhaliyə XƏBƏRDARLIQ: Bu mesajlara İNANMAYIN

23/09/2023 09:27

Ermənilərin tərk etdiyi daha bir döyüş mövqeyindən GÖRÜNTÜLƏR

23/09/2023 08:57

Köçəryanın oğlu bu səbəbdən saxlanılıb

23/09/2023 08:45

Azərbaycanda bağban qonşuluqdakı evin 17 yaşlı qızını “qaçırtdı”

23/09/2023 08:43

Netanyahu: “İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır”

23/09/2023 08:28

Snup Doqqdan sonra İrəvanda onun da konserti təxirə düşdü

23/09/2023 08:16

Onkoloq qalxanabənzər vəzi xəstəliyinin ilk əlamətlərini açıqlayıb

23/09/2023 08:11

Medianews.az 11 il SİZİNLƏ

23/09/2023 08:05

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.