Əfqanıstanın şimal-şərqindəki Bədəhşan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 20:31-də baş verən zəlzələnin episentrini Bədəhşan əyalətinin Curm rayonu, maqnitudasının isə 5,8 olduğunu açıqlayıb.
Qonşu ölkələr olan Özbəkistan, Tacikistan və Pakistanda da hiss olunan zəlzələnin 207 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Qeyd edək ki, Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəhşanda zəlzələlər tez-tez baş verir.
Xatırladaq ki, Əfqanıstanda 2022-ci ilin iyun ayında Pakistanla sərhəddəki Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1200 nəfər həyatını itirmişdi.
Medianews.az