İranın paytaxtı Tehranda həddindən artıq istehlak səbəbindən 50 qurumun elektrik enerjisinin kəsildiyi açıqlanıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Tehran Elektrik Paylayıcı Şirkəti elektrik enerjisi istehlakı qaydasına əməl etmədikləri təqdirdə elektrik enerjisinin kəsiləcəyi ilə bağlı qurumlara xəbərdarlıq edib.
Bu çərçivədə Tehranda normadan artıq istehlak etdiyi təsbit edilən 50 qurumun elektrik enerjisi kəsilib.
Şirkət istehlakı azaltmaq üçün abonentlərini eyni vaxtda yüksək elektrik enerjisi istehlak edən cihazlardan istifadə etməməyə çağırıb.
Qeyd edək ki, İran Elektrik Şəbəkəsi İdarəetmə Şirkətinin baş direktoru Mustafa Rəcəbi Meşhedi iyulun 26-da verdiyi açıqlamada enerji istehlakının 7 faizdən çox artdığını və istehlakda 10 illik artım rekordunun qırıldığını bildirib.
Medianews.az