Türkiyəli jurnalist və yazıçı Süleyman Özışık dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Süleyman Özışığın ölüm xəbərini qardaşı Hadi Özışık sosial media hesabından açıqlayıb.
Özışık uzun müddətdir xərçənglə mübarizə aparırdı.
Qeyd edək ki, Süleyman Özışık 1 mart 1971-ci ildə İğdırda anadan olub. İbtidai və orta təhsilini Qarsda başa vurub. Orta məktəbi bitirdikdən sonra İstanbula gələrək işləməyə başlayıb. Əsgərlikdən sonra “Axşam” qəzetində təcrübə keçib. “Axşam” qəzetində 3 illik təcrübədən sonra 7 il “Milliyet” qəzetində çalışıb. Daha sonra böyük qardaşı Hadi Özışık ilə öz internet saytını qurub.
Medianews.az