İraq Hava Yollarının Bağdad-Dubay reysi ilə uçan təyyarənin yük anbarında daşınan ayının xüsusi qəfəsini sındırması səbəbindən Dubay-Bağdad reysində gecikmə yaranıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Dubay-Bağdad reysi sözügedən hadisə ilə əlaqədar 1 saat gecikib.
İraq Hava Yolları tərəfindən verilən açıqlamaya görə, Bağdaddan Dubaya aparılacaq xüsusi qəfəsə yerləşdirilən ayı müəyyən edilmiş beynəlxalq standartlara uyğun olaraq təyyarənin yük bölməsinə yerləşdirilib.
Lakin təyyarə Birləşmiş Ərəb Əmirliklərinin Dubay hava limanına endikdən sonra ayının yük anbarındakı qəfəsini sındıraraq çölə çıxdığı görülüb.
Bunun üzərinə Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən göndərilən xüsusi yük qrupu ayını narkozlaşdıraraq təyyarənin yük hissəsindən çıxara bilib.
Ayı təyyarədən çıxarıldıqdan sonra Dubay-Bağdad reysi təxirə salınıb.
İraq Hava Yolları gecikmə üçün sərnişinlərdən üzr istəyib.
Medianews.az