Ukrayna Rusiya gəmisinin Novorossiyskdə vurulması Rusiya donanması üçün böyük itkidir.
Medianews.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib.
Andrey Yusov Novorossiysk hadisələrini Putin rejimi üçün “ciddi şillə” kimi qiymətləndirib.
Nazirliyin sözçüsü böyük bir desant gəmisinin itirilməsinin Rusiya donanmasını zəiflətdiyini ifadə edib.
Digər tərəfdən, Ukrayna mediası Rusiyanın Novorossiysk Hərbi Dəniz Bazasına pilotsuz dəniz maşınının hücumunun Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirildiyini açıqlayıb. SBU-dakı mənbə mətbuata bildirib:
“Hücum nəticəsində “Olenegorskiy Gornyak” gəmisi ciddi zədələnib və hələ də döyüş tapşırıqlarını yerinə yetirə bilmir. Ona görə də rusların hücumun dəf edildiyinə dair açıqlamaları həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi açıqlamasında Ukraynanın 2 pilotsuz dəniz vasitəsi ilə Novorossiysk Hərbi Dəniz Qüvvələri bazasına hücum cəhdinin qarşısının alındığını bildirib:
“Hücum dəniz bazasını xarici basqınlardan qoruyan rus gəmilərinin silahları vasitəsilə dəf edilib”.
Medianews.az