Dünya çempionatı zamanı futbolçusunun sinəsinə toxunan Zambiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Brüs Mvape ilə bağlı FİFA-ya şikayət daxil olub.
Bu barədə “The Guardian” məlumat yayıb.
Hadisə ötən cümə günü, qadınlar arasında dünya çempionatının qrup mərhələsində Kosta-Rika ilə oyundan (3:1) əvvəl baş verib. Millinin bir neçə üzvü məşqçinin əli ilə futbolçulardan birinin sinəsinə toxunduğunu görsələr də, nəticəyə mənfi təsir göstərəcəyindən ehtiyatlanaraq dərhal heç kimə deməyiblər.
Mvapeyə qarşı ittiham oyundan sonra FİFA nümayəndəsinə çatdırılıb. Hadisə ilə bağlı Zambiya Futbol Assosiasiyasının (FAZ) prezidenti Endryu Kamanqa da məlumatlandırılıb.