Çanaqqalanın Eceabat rayonunda çoxlu sayda köçəri quşun məskəni və əhəmiyyətli ərazilərdən biri olan Uzunhızırlı Gölü tamamilə quruyub.
Medianews.az xəbər verir ki, bu haqda Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMÜ) Sağlamlıq Xidmətləri Peşə Yüksekokulu, Dr. Professor və Ornitoloq İbrahim Uysal məlumat verib.
Professor bu sözləri qeyd edib:
“Unudulmamalıdır ki, Çanaqqala vilayəti əhəmiyyətli bir quş köçü yolu üzərindədir və köçəri quş növləri üçün sulu ərazilərin itirilməsi daha çox ölümlərə səbəb ola bilər”.
Yerləşdiyi yerə və quşların köç yolu üzərində olmasına görə Çanaqqala özündə Türkiyənin əhəmiyyətli su bataqlıqlarını ehtiva edir. Bunlardan biri də qış dövründə nəsli kəsilməkdə olan quş növlərinin məskəni olan Eceabat rayonunda yerləşən Uzunhızırlı Gölüdür.
Qeyd edək ki, Türkiyədə son dövrlərdə təsirli olan quraqlıq səbəbindən Uzunkızırlı Gölü quruyub.
Medianews.az