Venesuelanın gözəllik kraliçası Ariana Viera faciəvi şəkildə vəfat edib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, o avtomobil qəzasında dünyasını dəyişib.
Belə ki, Dominikanda keçiriləcək 2023-cü il Miss World Latın Amerikası” yarışmasında ölkəsini təmsil etməyə hazırlaşan 26 yaşlı Vieranın sükan arxasında yuxuya getdiyi və arxadan başqa bir avtomobilə çırpıldığı öyrənilib.
Anasının dediyinə görə, qızı xəstəxanaya aparılarkən yolda vəfat edib.
O , qızını hər zaman başqalarının yanında olan xeyirxah bir insan kimi təsvir edərək, onun yorğunluq səbəbindən qəza keçirdiyini qeyd edib.
Medianews.az