Çinin şimalındakı Hibey əyalətində “Doksuri” qasırğasının yaratdığı daşqınlar səbəbindən 1,2 milyon insan təxliyə edilib.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, dövlət üzrə 1,2 milyon vətəndaş, o cümlədən bu ərazilərdə yaşayan 850 min nəfər müvəqqəti olaraq təhlükəsiz zonalarda sığınacaqlara yerləşdirilib.
Mütəxəssislər bildirirlər ki, yağıntıların intensivliyinin azalmasına baxmayaraq, daşqın sahələrində yığılan suyun çəkilməsi bir ay çəkə bilər.
Çinin “Doksuri” qasırğası səbəbiylə Pekin və ətrafı son 140 ilin ən güclü yağışı ilə üzləşib.
Qeyd edək ki, Pekində 11, Hibey əyalətində isə 9 nəfər daşqınlar nəticəsində həyatını itirib.
Medianews.az