“İqtisadiyyatımız çökür, kömək edin”.
Medianews.az xəbər verir ki, bu sözləri Almaniyanın Baş naziri Olaf Şolza deyib.
Belə ki, Almaniyada artan iqtisadi böhran sonda ölkə mətbuatının üsyanına səbəb olub.
Uzun müddət iqtisadiyyatın pis olmasına baxmayaraq, “böhran” sözünü işlətməkdən yayınan mətbuat rəsmi ilk olaraq bayrağı qaldırıb.
Alman mətbuatında ən sərt tənqidi isə “Bild” qəzeti edib.
Qəzetin dünənki sayında “Hörmətli kansler” başlıqlı məqalədə ölkənin içində olduğu dərin iqtisadi böhrana diqqət çəkilib və Almaniya kansleri Olaf Şolza yazdığı məktubda “Kömək edin, iqtisadiyyatımız çökür” ifadəsi işlədilib.
“Bağışlayın, tətiliniz zamanı sizi narahat edirik, amma bu, həqiqətən təcilidir. İqtisadiyyatı daralan yeganə ölkə bizik. Maşın istehsalçıları yüzdə 15 azalıb. Planlanan investisiyaların yüzdə 53’ü ləğv edilib. 1,75 milyon ixtisaslı kadr çatışmazlığı var. İnsanlar ev tapa bilmir. 100 minlik sosial ev vədini tuta bilmədiniz. Yalnız 22.500 yaşayış yeri təsdiqlənib”, – məqalədə qeyd edilərək iqtisadiyyatın nə qədər çətin vəziyyətdə olduğu misallarla izah edilib.
Medianews.az