Ukrayna hüquq-mühafizə orqanları yeni doğulmuş körpələri əcnəbilər satan cinayətkar dəstəni ifşa ediblər.
Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram kanalında məlumat verilib .
Belə ki, dəstə üzvləri surroqat analığın qadağan olunduğu ştatlardan olan əcnəbilərə yeni doğulmuş körpələri satıb.
Məlum olub ki, cinayətkar dəstənin üzvləri Kiyev və Xarkovda reproduktiv tibb sahəsində xidmət göstərən tibb müəssisələrinin rəhbərləri olub.
Dəstə üzvləri 12 nəfərdən ibarət olub.
Faktla bağlı araşdırma gedir.
Medianews.az