Seneqalda TikTok sosial media platformasına giriş bağlanıb.
Medianews.az bu barədə ölkənin Rabitə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.
Məlumata görə, TikTok-un növbəti xəbərdarlığa qədər bloklandığı açıqlanıb.
İyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.
Mobil məlumatların səngiməsi 3 gündür davam edir.
Medianews.az