Bakıda “Kubinka” adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb.
BAKU.WS xəbər verir ki, Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib.
“Kubinka”da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.
Ətraflı videomaterialda izləyə bilərsiniz: